Accessibility links

Azərbaycanda 1015 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, daha 483 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 53 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib. Aktiv xəstə sayı 10636 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 331 min 287 test aparılıb. Bugünkü test sayı isə 11813-dür.

Oktyabrın 29-da koronavirus statistikası
Oktyabrın 29-da koronavirus statistikası

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Şərhlərə bax

XS
SM
MD
LG