Accessibility links

Azərbaycanda 1022 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxsn 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 54174 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib, aktiv xəstə sayı 10460 nəfərdir.

Ölkədə son sutka ərzində 10179, hazırkı dövrədək isə 1341466 test aparılıb.

Oktyabrın 30-da COVİD-19 statistikası
Oktyabrın 30-da COVİD-19 statistikası

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

XS
SM
MD
LG