Accessibility links

Azərbaycanda 1394 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1394 yoluxma faktı qeydə alınıb, 1791 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 min 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 564 min 577 nəfər müalicə olunaraq sağalıb, 7 min 967 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 844 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 503, bu günə qədər isə ümumilikdə 5 milyon 602 min 773 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 702 min 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 593 min 278 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 11 min 169 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG