Accessibility links

Azərbaycanda 14,758 şagird koronavirusa yoluxub


Koronavirus
Koronavirus

“Azərbaycanda indiyədək 14,758 şagird, 7090 təhsili işçisi COVİD-19 infeksiyasına yoluxub.”

Bu barədə karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı keçirilən brifinqdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2,246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4,411 nəfər, 10-11-ci siniflərdə isə 7,525 nəfərdə koronavirus aşkarlanıb.

Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində ötən il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Bu ilki dərs ili başlayanda (ötən il sentyabrın 15-də) yalnız ibtidai siniflər, həftədə bir neçə gün olmaqla məktəbə gedib.

Oktyabrın 1-dən IV-IX, 15-dən isə X-XI siniflər məktəbə getməyə başlayıb.Sonradan yenidən koronavirusa yoluxma halları artdığından bütün təhsil müəssisələri distant təhsilə keçib.

XS
SM
MD
LG