Accessibility links

Azərbaycanda 1410 nəfər koronavirusa yoluxub


Koronavirus
Koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1,410 yeni yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 63,748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48,049 nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib, aktiv xəstə sayı 14,875 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12,140, ötən müddət ərzində isə ümumilikdə 1,429,508 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə noyabrın 7-dən noyabrın 23-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyət dayandırılıb. Noyabrın 23-dək bu rayonlarda ictimai nəqliyyatın fəaliyyəti də bütövlükdə dayandırılıb.

XS
SM
MD
LG