Accessibility links

Azərbaycanda 142 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib


COVİD-19
COVİD-19

Avqustun 28-də Azərbaycanda koronavirus infeksiyasına daha 142 yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Avqustun 28-də COVİD-19 statistikası
Avqustun 28-də COVİD-19 statistikası

Hazırkı dövrədək ölkədə 35 min 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib. Aktiv xəstə sayı 1998 nəfərdir.

Ötən müddət ərzində 904 min 506 test aparılıb. Bugünkü test sayı 6014-dür.

Avqustun 29-da və 30-da sərtləşdirilmiş karantin rejimi davam edən şəhər və rayonlarda ictimai nəqliyyat işləməyəcək. Bununla yanaşı, polis xəbərdarlıq edib ki, paytaxt Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ərazisində yaşayan insanların həftəsonu günlərdə ölkənin digər ərazilərinə səyahətlərinin qarşısı sərt qaydada alınacaq.

Azərbaycan məktəblərində tədris başlayır

Azərbaycanın təhsil naziri Emin Əmrullayev bildirib ki, ölkədə tədris ili sentyabrın 15-də başlayacaq.

Nazirin sözlərinə görə, məktəblərdə dərslər bərpa ediləcək, amma xüsusi şərtlər tətbiq ediləcək.

Belə ki, sentyabrın 15-dən etibarən həftədə 2-3 dəfə ibtidai siniflərdə dərslər təşkil ediləcək. Oktyabrın 1-dən 5-9-cu sinif şagirdləri üçün müntəzəm dərslər planlaşdırılır. Buna qədər, yəni sentyabrın 15-dən 5, 9, 10 və 11-ci sinif şagirdləri onlayn rejimdə təhsil alacaqlar. Bu rejim gələn ilin martına qədər davam edəcək.

Oktyabrın 15-dən etibarən 10-cu və 11-ci sinif şagirdləri məktəbə gedəcəklər.

Nazirin sözlərinə görə, ölkənin ali məktəblərində də dərslər sentyabrın 15-də başlayacaq. Amma, bu, yalnız birinci kurs tələbələrinə aiddir.

Oktyabrın 15-dən etibarən digər kursların dərsləri başlayacaq. Noyabrın 2-nə qədər belə davam edəcək. Bundan sonra epidemioloji vəziyyətdən asılı olaraq düzəliş edilə və ənənəvi təhsil formasına keçilə bilər. Vəziyyət imkan verməsə tədris prosesi məsafəli həyata keçiriləcək.

Məktəblərə gəlincə, valideynlər onlayn məşğələlər və həftədə 2-3 dəfə məktəbə getmək arasında seçim edə biləcəklər.

COVID-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.

Avqustun 18-dən ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG