Accessibility links

Azərbaycanda 16 nəfər koronavirusdan vəfat edib


Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2303 yeni yoluxma faktı qeydə alınıb, 1010 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib. 20 363 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, bu günə qədər isə ümumilikdə 5 056 819 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 257 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 991 242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 266 230 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Kyivi pilotsuz təyyarələr və raketlərlə hədəf alıb
please wait

No media source currently available

0:00 0:10:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG