Accessibility links

Azərbaycanda 19 nəfər koronavirusdan vəfat edib


Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2001 yoluxma faktı qeydə alınıb, 2 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 558 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 250 nəfər müalicə olunaraq sağalıb, 7 min 416 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 765 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 099, bu günə qədər isə ümumilikdə 5 347 509 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 10 062 192, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 018 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 473 436, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 570 598 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG