Accessibility links

Azərbaycanda 1904 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1904 yoluxma faktı qeydə alınıb, 1833 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 576 min 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 min 327 nəfər müalicə olunaraq sağalıb, 7 min 686 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 690 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 194, bu günə qədər isə ümumilikdə 5 milyon 461 min 573 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 10 milyon 328 min 843, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 55 min 303, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 532 min 579 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 740 min 961 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG