Accessibility links

Azərbaycanda 2 kiloqram 65 qram kokain tutulub


Kokain
Kokain

Azərbaycanın Dövlət Gömrük Komitəsi 2 kiloqram 65 qram kokainin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatında deyilir ki,kokain turist qismində gəldiyini bildirən Boliviya vətəndaşı Calle Fernandez Mariaya məxsusçamadanda aşkarlanıb.

İstintaq müəyyən edb ki Calle Maria kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən Braziliyanın Kampo Qrande şəhərinə, oradan Sao Paulo şəhərinə, sonra Rio de Janeyro şəhərinə, oradan Dubaya, son olaraq isə Bakı şəhərinə gətirib.

Fakt əsasında Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma[i]) maddələri ilə cinayət işi başlanılıb.

Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatda deyilir ki, aparılmış istintaqla müəyyən edilib ki Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeyro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə gətirib.

Calle Fernandez Marianın vətəndaşı olduğu ölkə, onun vəkilləri hələ Azərbaycan Dövlət Gömrük Komitəsinin yaydığı məlumatla bağlı şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG