Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1220 yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 351 min 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 335 min 25 nəfər müalicə olunaraq sağalıb, 5063 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 737 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 578 bu günə qədər isə ümumilikdə 4 milyon 116 min 768 test icra olunub.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 418 min 243-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 160 min 484 ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 257 min 759 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.