Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsini anılır
Azərbaycanda bu gün Ümumxalq Matəm günüdür. Bu gün dövlət bayraqları yarıyadək endirilib. Ölkə Prezidenti 1990-cı il yanvarın 20-də həlak olan şəhidlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərin xatirəsinə ölkə ərazisində bir dəqiqə ərzində bütün hərəkət dayandırılıb. Qatarlar, avtomobillər, gəmilər fit çalıb. Koronavirus pandemiyası səbəbindən ictimaiyyətin Şəhidlər Xiyabanını ziyarəti bu il əvvəlki illərdən fərqli olub. İnsanlar infeksiyaya yoluxmamaq üçün tibbi maskalardan istifadə edib. Ziyarətçilər sosial məsafəni qorumağa və beş nəfərlik qrup halında hərəkət etməyə çağırılıb.
Episodes
-
Mart 02, 2021
Dünyaya Baxış - 1 mart 2021
-
Mart 02, 2021
"Clubhouse" nədir? Və nə üçün bu qədər populyar oldu?
-
Mart 01, 2021
Feminist-etiraz mahnılarından ibarət konsert keçirilib
-
Mart 01, 2021
Əli İnsanov: Rusiyaya ümid etmək olmaz