Accessibility links

Azərbaycanda 2075 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib


Azərbaycanda koronavirus infeksiyasına daha 2075 yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 79 min 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 56 min 894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib. Aktiv xəstə sayı 21259 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 536 min 434 test aparılıb. Bugünkü test sayı isə 13213-dür.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Noyabrın 17-nə COVİD-19 statistyikası
Noyabrın 17-nə COVİD-19 statistyikası

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Noyabrın 23-dək Bakıda, Sumqaytıda, Abşeron rayonu ərazisində və bir sıra digər yaşayış məntəqələrində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti bütövlükdə dayandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG