İyulun 17-nı olan məlumata görə, son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasından 88 nəfər müalicə olunaraq sağalıb, 213 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 338 min 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 200 nəfər müalicə olunaraq sağalıb, 4 min 991 nəfər vəfat edib. Aktiv xəstə sayı 1992 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 905 min 500 test aparılıb. Bugünkü test sayı isə 10 min 817-dir.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 323 min 487-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 566 min 320, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 757 min 167 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.