Accessibility links

Azərbaycanda 2170 aktiv koronavirus xəstəsi var


Fevralın 21-də Azərbaycanda koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 129 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib. Hazırda 2 170 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 236, bu günə qədər isə ümumilikdə 2 551 116 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 17-dən 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG