AZƏRTAC Nazirlər Kabinetinin yanında operativ qərargahın fevralın 28-də koronavirusla bağlı keçirdiyi mətbuat konfransında qərargahın üzvü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininşöbə müdiri Yaqut Qarayeva istinadən xəbər verir ki, hazırda Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantində saxlanılır.
Yaqut Qarayeva deyib ki, həmin insanlardan 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələrin, geridə qalanları isə Azərbaycan vətəndaşlarıdır.
"Hazırda müayinə aparılır. Ona görə də karantində qalanların sayı sabit qalmır. Analiz nəticələri mənfi çıxanlar evə müşahidəyə buraxılırlar. Amma koronavirus olmasa belə digər respirator xəstəliklərə yoluxanlar müalicə olunmalıdırlar," deyə Yaqut Qarayeva bildirib.