Accessibility links

Azərbaycanda 2256 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2256 yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 537 min 4 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 min 571 nəfər müalicə olunaraq sağalıb, 7 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 280 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 102, bu günə qədər isə ümumilikdə 5 milyon 227 min 688 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 753 min 825, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 973 min 724, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 397 min 65, buster doza ilə peyvənd olunanların sayı 383 min 36 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG