Accessibility links

Azərbaycanda 2148 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2287 nəfər müalicə olunaraq sağalıb, 2148 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 298,522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 262,480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib. Aktiv xəstə sayı 31,935 nəfərdir.

Ötən müddət ərzində 3,096,740 test aparılıb. Bugünkü test sayı isə 14,583-dür.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1,325,034-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 879,356, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 445,678 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG