Accessibility links

Azərbaycanda 230 nəfər koronavirusa yoluxub, 122 nəfər sağalıb


Oktyabrın 22-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Oktyabrın 11-də koronavirus statistikası
Oktyabrın 11-də koronavirus statistikası

İndiyədək ölkədə ümumilikdə 41 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 357 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 016 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 064, ötən müddət ərzində isə ümumilikdə 1 176 720 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG