Accessibility links

Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 338 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib, aktiv xəstə sayı 2 152 nəfərdir.

Ölkədə son sutka ərzində 9 319, hazırkı dövrədək isə 3 914 819 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 4 357 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 580 819, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 537 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG