Accessibility links

Azərbaycanda 272 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 340715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332136 nəfər müalicə olunaraq sağalıb, 5009 nəfər vəfat edib, aktiv xəstə sayı 3570 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5616, ötən müddət ərzində isə ümumilikdə 3980697 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 4564329, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2654273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1910056 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi sentyabrın 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib. Bununla yanaşı, sentyabrın 1-də ölkədə dövlət, təhsil, səhiyyə, ictimai iaşə müəssisələrinə giriş COVİD-19 pasportu ilə olacaq.

XS
SM
MD
LG