Accessibility links

Azərbaycanda 278 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər sağalıb.

Bu məlumatı fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumun məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər sağalıb, 3 218 nəfər vəfat edib, aktiv xəstə sayı 2 398 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 873, ötən müddət ərzində isə ümumilikdə 2 591 235 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən başlayaraq vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG