Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 677 nəfər müalicə olunaraq sağalıb, 4 877 nəfər vəfat edib, aktiv xəstə sayı 6 340 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 825, ötən müddət ərzində isə ümumilikdə 3 468 615 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 21 min 371-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 158 min 631, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 862 min 740 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Amma həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərəcək.
Azərbaycanda COVID pasportu tətbiq olunacaq.