Accessibility links

Azərbaycanda 132 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib


Fevralın 7-də Azərbaycanda koronavirus infeksiyasından 285 nəfər müalicə olunaraq sağalıb, 132 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 231 min 154 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225 min 246 nəfər müalicə olunaraq sağalıb, 3158 nəfər vəfat edib. Aktiv xəstə sayı 2750 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 453 min 83 test aparılıb. Bugünkü test sayı isə 6783-dür.

Azərbaycanda yanvarın 18-dən başlayaraq vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunacaq.

Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Şərhlərə bax

XS
SM
MD
LG