Accessibility links

Azərbaycanda 3 milyon 200 mindən çox insan vaksinasiya olunub


vaksin
vaksin

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 335 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 959 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib, aktiv xəstə sayı 815 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 728, ötən müddət ərzində isə ümumilikdə 3 713 779 test aparılıb.

Ötən gün ərzində ölkədə 72 301 nəfərə peyvənd vurulub, onların 36 329 nəfəri ikincə dəfə peyvənd vurdurub.

İki dəfə peyvənd vurduran vətəndaşların sayı 1 148 125 nəfər, bir dəfə peyvənd vurduranların sayı 2 070 526 nəfər təşkil edib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 218 min 651-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 70 min 526, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 148 min 125 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə veriləcək.

XS
SM
MD
LG