Accessibility links

Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır


Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır
please wait

No media source currently available

0:00 0:06:39 0:00

Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır

Ekspertlər qadınlar üçün qadağaların aradan qaldırılmasını lazım bilir

Azərbaycanın konstitusiyasına və ölkənin qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qadın əməyinə qoyulmuş qadağalar ya bütövlükdə aradan qaldırılmalı, ya da minimuma endirilməlidir. Bu sahədə gender bərabərliyi təmin edilməlidir.

İyunun 25-də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun “Qadınlar üçün qadağan olunmuş sahələr: qadağaların aradan qaldırılmasının vaxtı deyilmi?” mövzusunda təşkil etdiyi konfransında çıxışların əsas mövzusu belə olub.

Qadınlar üçün qadağan olunmuş sahələr mövzusunda konfrans
Qadınlar üçün qadağan olunmuş sahələr mövzusunda konfrans

Forumda ABŞ səfiri Li Litzenberger, USAİD-in Azərbaycandakı missiyasının direktoru Sihgh Jaidev, Milli Məclisin deputatı Vahid Əhmədov, hökumət qurumlarının, QHT-lərin təmsilçiləri iştirak edib.

“Azərbaycanda 38 sahədə 678 peşə və iş yeri üzrə qadın əməyinin tətbiqi qadağan edilir. Qadağalar əsasən qadınların sağlamlığına, xüsusilə reproduktiv sağlamlığına ziyan vurması, peşələrin və iş yerlərinin təhlükəli, ağır olması, böyük güc tələb etməsi ilə bağlıdır,” Hüquq və İnkişaf Mərkəzinin rəhəbri Hafiz Həsənov bildirib.

Ekspert hesab edir ki, qadınlar üçün qadağan edilən peşlərin və iş yerlərinin üçdə biri on illər əvvəl də zəruri olmayıb.

“Məsələn, çörəkbişirmə, qənnadı, makaron istehsalı, konserv istehsalı, balıq emalı, ət məhsullarının istehsalı və emalı, nəqliyyat və rabitənin bir sıra sahələri, dəri, yun, keçə, toxuma məhsulları istehsalı, musiqi alətəri istehsalı üzrə bir çox sahələr üzrə qadınların fəaliyyətinə qadağa qoyulması məntiqi deyil.”

Azərbaycan öz əhalisinin 50 faizindən artığını təşkil edən qadınların potensialından tam şəkildə faydalanmağa layiqdir.
Li Litzenberger, ABŞ səfiri

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib ki, dünyanın hər yerində spesifik işlərdə qadınların işləməsinə qoyulan qadağalar aradan qaldırılıb.

“Qadağaların aradan qaldırlması iqtisadiyyatın inkişafına, əhali arasında qadınların potensialının artmasına təkan verir. Azərbaycan öz əhalisinin 50 faizindən artığını təşkil edən qadınların potensialından tam şəkildə faydalanmağa layiqdir”, o qeyd edib.

Cənab Litzenberger Azərbaycanda qadınların peşə və iş yeri üzrə əməyinin tətbiqinə qadağaların aradan qalıdırılmasına tərəfdardır.

“ABŞ hökuməti Azərbaycanda qadınlarla bağlı bir çox layihələri dəstəkləyib. ABŞ hökuməti ölkədə qadınlarla bağlı siyasəti dəstəkləyir,” səfir qeyd edib.

Qadınlar üçün qadağan olunmuş sahələr mövzusunda konfrans
Qadınlar üçün qadağan olunmuş sahələr mövzusunda konfrans

Azərbaycan Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr qərarı ilə “Qadın əməyinin tətbiqi qadğan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nə təsdiq edib.

Konfransda iştirka edən ekspertlər hesab edir ki, Nazirlər Kabinetinin qərarı Azərbaycan Konstitusiyasının 25-ci maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, konstitusiyada hamının qanun və məhkəmə qarşısında bərabərliyi, qadın və kişilərin eyni hüquq və azadlıqlarının olduğu təsbit olunub.

Konstitusiyanın 35-ci maddəsində isə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var.

Ekspertlər həmçinin hesab edir ki, Nazirlər Kabinüetinin qərarı Azərbaycanın beynəlxalq öhdəliklərinə də ziddir. BMT-nin “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası”nda da məşğuliyyət sahəsində qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi tövsiyyə olunur.

Dünyada hazırda 104 ölkənin qanunvericiliyində qadın əməyinin qadağan edildiyi peşə və iş yerləri var. Bu sıraya iqtisadi cəhətdən inkişaf etmiş ölkələr daxil deyil. Qadağalar MDB məkanında Rusiyada 456, Ukraynada 450, Qazaxıstanda 299, Belarusda 181, Moldovada 29 peşə sahəsini əhatə edir. Bununla yanaşı Avropada Fransa, Çexiya, Sloveniyanın qanunvericiliyində də bu norma mövcuddur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG