Accessibility links

Azərbaycanda 4 nəfərdə koronavirus aşkarlanıb


İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycanda bu gün aşklalanan koronavirus daşıyıcıları ilə birlikdə 19 koronavirusa yoluxma halı aşkar edilib. Onlardan 1 nəfər vəfat edib, 3 nəfər isə tam sağalaraq evə buraxılıb. Hazırda xəstəxanalarda 15 nəfər koronavirusa yoluxan şəxs müalicəsini davam etdirir.

Operativ qərargah bildirir ki, xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanan digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

XS
SM
MD
LG