Accessibility links

Azərbaycanda 4203 nəfər koronavirusa yoluxub, 35 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4203 yoluxma faktı qeydə alınıb, 1724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 min 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 min 864 nəfər müalicə olunaraq sağalıb, 5 min 469 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 min 412 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 136, bu günə qədər isə ümumilikdə 4 milyon 395 min 646 test icra olunub.

Ölkənin səhiyyə rəsmilərinin sözlərinə görə, COVID-19-a yoluxanların sayının artmasının əsas səbəbi delta ştammının yayılmasıdır.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 493 min 757, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 929 min 404, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 564 min 353 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq.

XS
SM
MD
LG