Accessibility links

Azərbaycanda 44 861 nəfər ali təhsil müəssisələrinə qəbul olunub


Tələbə qəbulu Imtahanı
Tələbə qəbulu Imtahanı

Sentyabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib.

“Onlardan 44 861 nəfəri (o cümlədən 6 810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5 890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib,” məlumatda qeyd edilir.

DİM bildirir ki, bu il 4 nəfər beynəlxalq fənn olimpiadası, 33 nəfər respublika fənn olimpiadası, 49 nəfər idman, 1 nəfər incəsənət sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 8 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

137 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 163 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu üzrə 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), 81 abituriyent Koreya Respublikasının İNHA Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq İkili Diplom Proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinə, IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 99 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

DİM qeyd edir ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG