Accessibility links

Azərbaycanda 49,1 min onkoloji xəstə qeydə alınıb


Onkoloji xəstələr

Azərbaycanda onkoloji xəstələrin sayı artır. Əgər 2017-ci ildə ölkədə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Lakin bununla yanaşı, hazırda yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var. Bu barədə 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günündə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik hesab edir ki, 2009-cu ildə Azərbaycanda Milli Onkoloji Mərkəzinin açılışından sonra xərçəng xəstəliklərinin müalicəsi sahəsində irəliləyişlər baş verib.

“2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərinin molekulyar diaqnostikası laboratoriyaları açılıb. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb,” nazirliyin mətbuat xidməti bildirir.

2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

Azərbaycanda onkoloji xəstlərin müayinəsi və müalicəsi pulsuzdur. Qanunveericiliyə görə xəstələrə ayrılan dərman pereparatları da pusluz verilməlidir.

Bununla yanaşı, bəzi ictimai fəallar bu sahədə çoxsaylı qanunsuzluqların və korrupsiya hallarının olduğunu bildiirir.

Rəsmi qurumlar ictimai fəalların iddialarını hələ şərh etməyib.

XS
SM
MD
LG