Accessibility links

Azərbaycanda 50 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlayır


Azərbaycanda fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı yaşlı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanılacaq.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, sözügedən şəxslər vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Bu il yanvarıın 16-da qəbul edilmiş “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkədə vaksinasiya prosesi yanvarın 18-dən başlanılıb.

İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib.

Nazirlər Kabinetinin fevralın 2-də açıqladığı məlumata görə, yanvarın 18-dən fevrlaın 2-nə kimi əsasən 63 min nəfərə yaxın tibb işçiləri peyvənd edilib.

Azərbaycanda Çinin SinoVac şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndindən istifadə olunur, 4 milyon doza vaksin sifariş verilib.

Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 000 doz vaksin gətirilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, fevralın 15-dək ölkədə 232 min 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 760 nəfər müalicə olunaraq sağalıb, 3183 nəfər vəfat edib. Aktiv xəstə sayı 2254 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 506 min 5 test aparılıb.

XS
SM
MD
LG