Accessibility links

Azərbaycanda 559 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 559 yoluxma faktı qeydə alınıb, 1104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 min 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 592 min 828 nəfər müalicə olunaraq sağalıb, 8 min 269 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 521 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 602, bu günə qədər isə ümumilikdə 5 milyon 798 min 493 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 177 min 159, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 153 min 329, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 656 min 209 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 367 min 621 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG