Accessibility links

Azərbaycanda 58 nəfər koronavirusa yoluxub, 102 nəfər sağalıb


COVİD-19

Sentyabrın 29-da Azərbaycanda COVİD-19-a 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Pandemiya müddətində yoluxanların ümumi sayı 40119 nəfər olub, 37 827 nəfər müalicə olunub, 590 nəfər vəfat edib. Aktiv xəstə sayı 1702 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG