Accessibility links

Azərbaycanda 582 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 582 yoluxma faktı qeydə alınıb, 1370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 609 min 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 min 284 nəfər müalicə olunaraq sağalıb, 8 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 931 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 495, bu günə qədər isə ümumilikdə 5 milyon 739 min 928 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 46 min 136, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 138 min 212, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 638 min 622 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 269 min 302 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG