Accessibility links

Azərbaycanda 78 nəfərdə koronavirus aşkarlanıb


Koronavirus

Martın 4-də Azərbaycanda 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Açıqlanan statistika yoluxma riskinin böyük olduğunu, yoluxmaları hələ qeydə alınmamış, yoluxduğunu bilməyən və şəhərdə, marketlərdə gəzən bir çox insanın `mənə heç nə olmaz, oyundur, belə şeylərə inanmıram` düşünən bir çox insana yoluxdurma ehtimalının olmasını göstərir.
Bəxtiyar Hacıyev, ictimai fəal

Ümumilikdə Azərbaycanda koronavirus infeksiyasına 521 şəxs yoluxub. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə virusa yoluxma halları artmaqda davam edir. Dünən, aprelin 3-də 43 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdı.

Ekspertlər artıq yoluxmanın xaricdən gələn insalar vasitəsi ilə deyil, ölkə daxilində daha çox yayıldığını bildirir.

İctimai fəal Bəxtiyar Hacıyev facebook səhifəsində yazır ki, açıqlanan statistikada ölkə daxilində yoluxanların xaricdə yoluxub ölkəyə qayıdanlardan dəfələrlə çox olduğunu göstərir.

“Bu isə yoluxma riskinin böyük olduğunu, yoluxmaları hələ qeydə alınmamış, yoluxduğunu bilməyən və şəhərdə, marketlərdə gəzən bir çox insanın 'mənə heç nə olmaz, oyundur, belə şeylərə inanmıram' düşünən bir çox insana yoluxdurma ehtimalının olmasını göstərir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Kyivi pilotsuz təyyarələr və raketlərlə hədəf alıb
please wait

No media source currently available

0:00 0:10:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG