Accessibility links

Azərbaycanda 792 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib


Koronavirus

Oktyabrın 24-də Azərbaycanda koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 49 min 13 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 51 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7298 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 281 min 997 test aparılıb. Bugünkü test sayı isə 11353-dir.

Oktyabrın 24-də COVİD-19 statistikası
Oktyabrın 24-də COVİD-19 statistikası

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində noyabrın 2-dək tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG