Accessibility links

Azərbaycanda 89 nəfər koronavirusa yoluxub, 132 nəfər saxlanılıb


COVİD-19 (Koronavirus)

Sentyabrın 7-də Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 89 yeni hal aşkarlanıb, 132 nəfər sağalıb, 3 nəfər dünyasını dəyişib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir.

Bu günədək Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 37 418 hal aşkar edilib. 34 837 xəstə sağalıb, 551 xəstə vəfat edib, 2030 aktiv xəstə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir.

Sentyabrın 7-də COVİD-19 statistikası
Sentyabrın 7-də COVİD-19 statistikası

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilir.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.

XS
SM
MD
LG