Accessibility links

Azərbaycanda 9 nəfərdə koronovirusa yoluxma qeydə alınıb


Koronovirus
Koronovirus

Azərbaycanda 9 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Bu barədə Nazirlər Kabineti yaında Operativ Qərargah məlumat yayıb.

Hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

“Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər qaydalara əməl etmək tələb olunur,” Operativ Qərargah bildirir.

Operativ Qərargah növbəti addım kimi Azərbaycan ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddətini martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edib. İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

“Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır. Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar,” Operativ Qərargahın məlumatında deyilir.

Bundan öncə adları sadalanan istimai iaşə müəssisələri saat 21-dək işləyirdi.

XS
SM
MD
LG