Accessibility links

Azərbaycanda ABŞ şirkətinin hava proqnozu stansiyaları quraşdırılıb


Bu gün, martın 9-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Şamaxı rayonunun Məlhəm kəndində hava proqnozu statnsiyasının açılışında iştirak edib.

ABŞ-ın Azərbaycandakı Səfirlyinin Facebook səhifəsində yaydığı məlumata görə, hava proqnozu stansiyası Amerikanın Baron Weather hava texnologiyaları şirkəti ilə birgə qurulub.

“Bu tərəfdaşlıq ABŞ ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın iki ölkə üçün necə fayda gətirdiyinin növbəti gözəl nümunəsidir,” ABŞ Səfirliyi bildirib.

Səfir Litzenberger iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli üçün nəzərdə tutulan təşəbbüsü alqışlayıb.

“ABŞ-ın olduğu kimi, Azərbaycanın da bölgələri böyük iqtisadi potensiala malikdir. Kənd sakinlərinin hər iki ölkənin iqtisadiyyatında oynadığı roldan qürur duyuruq!” o qeyd edib.

Azərbaycanda ABŞ şirkətinin hava proqnozu stansiyaları quraşdırılıb
Azərbaycanda ABŞ şirkətinin hava proqnozu stansiyaları quraşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında isə deyilir ki, nazirlik tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “Baron” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb.

“Ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb,” nazirlik bildirir.

Məlumatda deyilir ki, ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi Şamaxı və Göygöl rayonlarında martın 9-da istifadəyə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG