Accessibility links

Azərbaycanda amnistiya gözlənilir


Azərbaycanda cəzaçəkmə müəssisəsi

Azərbaycanda növbəti Amnistiya elan ediləcəyi gözlənilir.

Milli Məclisə bununla bağlı “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” layihə növbəti plenar iclasda müzakirəyə çıxarılacaq.

Amnistiya Aktının hazırlanmasının səbəbləri də açıqlanıb.

Layihədə qeyd olunub ki, "böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslər, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan şəxslər, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkuş edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad ediləcək".

Yerli media bu amnistiya aktının prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olduğunu qeyd edib.

Layihədə qeyd olunub ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

Bundan öncə bir sıra hüquq müdafiəçiləri əfv və ya amnistiya olması təklifi ilə çıxış edib, ölkə başçısına və parlamentə müraciətlər edib. Onlar hesab edir ki, siyasi məhbuslara da amnistiya şamil edilməlidir.

Müsavat Partiyasının başqanı Arif Hacılı bir müddət öncə böyük amnistiya qanununun qəbul edilməsi təklifi ilə çıxış edib.

“Minlərlə məhbus və məhbus ailəsi uzun illərdir ki, qızıl amnistiya arzusu ilə yaşayır. Bu, həm də ortaya çıxan yeni problemlərlə bağlı həmrəylik mühitinin davam etməsi üçün zəruridir,” Müsavat Partiyasının başqanı qeyd edib.

Azərbaycanda son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub. Sonuncu amnistiya aktı isə 2016-cı ildə qəbul olunub.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG