Accessibility links

Azərbaycanda Avropa Film Festivalı keçiriləcək


Azərbaycanda Avropa Film Festivalı keçiriləcək
Azərbaycanda Avropa Film Festivalı keçiriləcək

İyunun 14-dən 29-dək Azərbaycanda Avropa Film Festivalı keçiriləcək.

Avropa Film Festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti, eyni zamanda üzv ölkələrin səfirlikləri və mədəniyyət institutları ilə birlikdə koordinasiya edilir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin məlumatına görə, festivalın proqramına Rumıniya, Finlandiya, Almaniya, Macarıstan, Fransa, İspaniya, Lüksemburq, Yunanıstan, Serbiya, Latviya, Litva, Belçika, Çexiya və Polşa istehsalı 10 fərqli mövzuları əhatə edən prestijli filmlər daxil edilib.

Filmlər azərbaycan, ingilis və rus dillərində altyazılarla təqdim olunacaq.

XS
SM
MD
LG