Accessibility links

Azərbaycanda bütün təhsil işçiləri vaksinasiya olunacaq


vaksin
vaksin

Azərbaycanın təhsil naziri Emin Əmrullayev bildirib ki, martın son 3 günündə 61 məktəb distant təhsilə keçib. Onlardan 24-ü Bakı şəhərindədir.

Təhsil naziri Facebook səhifəsində pandemiya dövründə tədrisin təşkilinə dair sualları cavablandırarkən deyib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var.

“Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur. Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bunun da 80 faizi Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərləri və Abşeron rayonunun payına düşür. Bu hər gün 10-15 məktəbin bağlanması deməkdir," o, qeyd edib.

Əmrullayev koronavirusa yoluxma sayı azaldığı halda ənənəvi təhsilə keçməyin tərəfdarıdır.

“Məktəblərin sonrakı fəaliyyəti ilə bağlı gələn həftələrdə dəqiq proqnoz vermək mümkün olacaq,” təhsil naziri deyib.

Emin Əmrullayevin fikrincə, müəllimlərin vaksinasiyası prioritet məsələlərdən biridir.

“Hər iki doza mütləq vurulmalıdır. Ümumiyyətlə, 800-900 minə yaxın adam vaksin olunub, onlarda heç bir mənfi nəticə olmayıb. Buna görə qorxmaq lazım deyil. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq," nazir deyib.

XS
SM
MD
LG