Accessibility links

Azərbaycanda bir milyondan çox insan “buster” doza ilə peyvənd olunub


vaksin

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1315 yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 601 min 28 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 min 88 nəfər müalicə olunaraq sağalıb, 8 min 38 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 902 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 799, bu günə qədər isə ümumilikdə 5 milyon 644 min 853 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 806 min 373, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 110 min 938, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 605 min 616 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 89 min 819 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG