Accessibility links

"Azərbaycanda bu hakimiyyətdən bəla görməyən insan yoxdur"


"Azərbaycanda bu hakimiyyətdən bəla görməyən insan yoxdur"
please wait

No media source currently available

0:00 0:08:39 0:00

Məhəmməd Mirzəlinin sözlərinə görə, 19 yanvardan öncə hakimiyyət hər zaman xalqın dediklərinin qulaqardı edirdi.

"19 yanvardan öncə İlham Əliyev hakimiyyətdə olduğu 16 il ərzində nə xalqın arasına çıxmışdı, nə də xalqın dediklərini dinləmişdi. Amma görünən odur ki, mitinqdən sonra, orda olan xalqın izdihamından sonra İlham Əliyev "islahatlar" etməyə başladı. Bu kütləvilikdən İlham Əliyev və onun ətrafı qorxuya düşdülər və bu cür addımlar atmağa məcbur qaldılar."

Hər kəs bu hakimiyyətdən ziyan görür.

Fransada yaşayan siyasi fəal əlavə edir ki, insanlar indiyə qədər görünməmiş dərəcədə mitinqlərdə iştirak etməkdə maraqlıdırlar. Lakin ölkədəki iqtisadi-sosial vəziyyətin pisliyi Azərbaycanın regionlarında yaşayan və mitinqdə iştirak etmək istəyən xeyli sayda insanın Bakıya gəlməsinə problem yaradır. Buna görə də Avropada yaşayan siyasi fəallar yardım kampaniyası başladıb.

"Ölkədə vəziyyət bu durumdadır ki, insanlar Əliyevlərin getməsini istəyir. İstəyirlər ki, bu hakimiyyət getsin və insanlar bir gün görsün. Azərbaycanda bu hakimiyyətdən bəla görməyən insan yoxdur. Hər kəs bu hakimiyyətdən ziyan görür. O cəhətdən də biz maddi sıxıntısı olan, mitinqə getmək istəyən insanlara yardım üçün belə bir kampaniya başlatmışıq."

XS
SM
MD
LG