Accessibility links

Azərbaycanda “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 285 min nəfərə çatır


vaksin
vaksin

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 921 yoluxma faktı qeydə alınıb, 1382 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 586 min 666 nəfər müalicə olunaraq sağalıb, 8 min 199 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 453 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 676, bu günə qədər isə ümumilikdə 5 milyon 750 min 604 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 66 min 874, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 140 min 913, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 641 min 869 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 284 min 92 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG