Accessibility links

Azərbaycanda “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 mini keçib


Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 364 yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 600 min 151 nəfər müalicə olunaraq sağalıb, 8 min 365 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 795 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 444, bu günə qədər isə ümumilikdə 5 milyon 870 min 329 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 166, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 382, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 520 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 264 nəfər təşkil edir.

Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG