Accessibility links

Azərbaycanda COVID-19-a qarşı vaksinasiyanın ikinci mərhələsi başlayıb


Fevralın 15-dən Azərbaycanda COVID-19 vaksinin 2-ci dozasının vurulmasına başlanılıb. Təkrar vaksinasiya dozası ilk peyvənd vurulmasından 28 gün sonra tətbiq olunur.

Rəsmi məlumatlara görə, bu gündən başlayaraq dövlət orqanları əməkdaşlarının və səhiyyə işçilərinin də COVID-19 infeksiyasına qarşı təkrar vaksinasiya prosesinə başlanılıb.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib ki, fevralın 15-də Azərbaycanda vaksinasiya tədbirlərinə başlanılmasından 28 gün keçir.

“Bu müddət ərzində bütün səhiyyə işçiləri, kollektivimiz vaksinasiya tədbirlərinə cəlb olunublar," o qeyd edib.

Həsənovun sözlərinə görə, əhalinin müxtəlif qruplarından vaksinasiya olunmaq istəyi ilə xəstəxanaya kifayət qədər müraciət daxil olub.

"Vaksinasiya tədbirləri aidiyyəti qurumlar tərəfindən xüsusi yaş qrupları, peşə, ixtisas və iş yerlərinə görə qruplaşdırılıb. Xəstəxanada Azərbaycanda akkreditasiya olunmuş 23 ölkənin səfirliyinin, 14 beynəlxalq təşkilatın üzvlərinə və nümayəndələrinə vaksinasiya həyata keçirlib. Onlar da çox həvəslə vaksinasiyada iştirak edirlər. Bu müddət ərzində heç bir ciddi əks-təsir və reaksiya qeydə alınmayıb," Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru qeyd edib.

Bu il yanvarıın 16-da qəbul edilmiş “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkədə vaksinasiya prosesi yanvarın 18-dən başlanılıb.

İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib.

Nazirlər Kabinetinin fevralın 2-sinə açıqladığı məlumata görə, yanvarın 18-dən fevrlaın 2-nə kimi əsasən 63 min nəfərə yaxın əsasən tibb işçiləri peyvənd edilib.

İkinci mərhələdə yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən azı bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunur.

Azərbaycanda Çinin SinoVac şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndindən istifadə olunur, 4 milyon doz vaksin sifariş verilib.

Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 000 doz vaksin gətirilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərarahı bildirir ki, 2021-ci il fevralın 14-nə kimi Azərbaycanda 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib, aktiv xəstə sayı 2 303 nəfərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG