Avqustun 22-də Azərbaycanda koronavirus infeksiyasına daha 184 yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 35 min 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib. Aktiv xəstə sayı 1748 nəfərdir.
Ötən müddət ərzində 868 min 345 test aparılıb. Bugünkü test sayı isə 6557-dir.
Karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxanların sayı durmadan artmaqdadır. Karantin rejimi ikinci dəfə sərtləşdirilənə qədər COVID-19-a sutka ərzində yoluxanların sayı 500-600 arasında idi. Sərtləşdirilmiş karantin rejimi dövrünün son günləri yoluxma sayı 89-a qədər azalmışdı.
COVID-19 haqqında qısa məlumat
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.
Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.
Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.
Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.
Avqustun 18-dən isə ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb.