Accessibility links

Azərbaycanda COVID-19 statistikası: 108 nəfər yoluxub, 131 nəfər sağalıb


COVID-19
COVID-19

Sentyabrın 26-da Azərbaycanda koronavirus infeksiyasından daha 131 nəfər sağalıb, 108 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 39 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Aktiv xəstə sayı 1787 nəfərdir.

Sentyabrın 26-da COVİD-19 statistikası
Sentyabrın 26-da COVİD-19 statistikası

Ötən müddət ərzində 1 milyon 95 min 543 test aparılıb. Bugünkü test sayı isə 7965-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilib.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.

Sentyabrın 14-də Bakıda metronunn hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG