Oktyabrın 4-də Azərbaycanda koronavirus infeksiyasından daha 142 nəfər sağalıb, 130 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 40 min 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib. Aktiv xəstə sayı 1599 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 137 min 121 test aparılıb. Bugünkü test sayı isə 4794-dur.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi noyabrın 2-dək davam edəcək.